Mitoxondriya hüceyrələrimizə enerji daşıyan tədarükçü “stansiyalardır”.
Hər bir insanın orqanizmində milyardlarla mitoxondri var. Çox enerji tələb olunduğu yerdə, yəni ilk növbədə əzələlərdə, beyində və həmçinin qaraciyərdə minlərlə kiçik elektrik stansiyaları yerləşib. Mitoxondriyalar insan yaşlandıqca fəaliyyətini itirirlər.
“Medicina” xəbər verir ki, həkim İqor Strokovun sözlərinə görə, hüceyrə elektrik stansiyası tam sürətlə işləmədikdə, istismardan çıxarılır, təkrar emal olunur. Bəzən mitoxondriyanın yalnız sınıq hissələri məhv olur, qalanları fəaliyyətini davam etdirir.
Ancaq getdikcə yenilənmə pozulduqca, sağlam mitoxondriyaların sayı azalır.
Zəifləmiş elektrik stansiyaları artıq çoxlu sayda sərbəst radikalların öhdəsindən gələ bilmir. İndi onlar hüceyrə divarlarına, fermentlərə və DNT-yə hücum edə bilər.
Deməli, əzələlərin, beynin, gözlərin, qulaqların, qaraciyərin enerji çatışmazlığından necə zəiflədiyini müşahidə edə bilərik.
Hüceyrə bioloqlarının yeni kəşfləri ümidvericidir. Onlar bir tərəfdən sübut edə bildilər ki, müntəzəm məşq əzələ hüceyrələrində, hətta yaşlı insanlarda da mitoxondriyaların sayını artırır.
Eləcə də nikotinamidin, köhnə B3 vitamininin hüceyrələrin ömrünü uzatdığı sübut olunub.
Vitamin B3 siçanlarda mitoxondriyaların ömrünü uzadıb. Ürək, qan dövranı, əzələlər və şəkər mübadiləsi yaxşılaşlb və iltihabı azaldıb.
Aygün Musayeva