Qocalığa qədər ayıq düşüncə və güclü yaddaşı saxlamaq hər kəsin arzusudur. Elm adamları idrak funksiyasını gücləndirmək və yaşa bağlı dəyişikliklərdən qaçmaq üçün yollar axtarmağa davam edir.
Proceedings of the National Academy of Sciences jurnalında dərc edilən yeni araşdırma, yaşa bağlı yaddaş itkisinin qarşısını almaq istəyənlər üçün pəhriz təklif edir. Alimlər müəyyən ediblər ki, pəhrizində flavonollu qidalar çox olan insanların yadda saxlamaq qabiliyyəti daha yüksəkdir.
“Medicina” xəbər verir ki, tədqiqat üç il ərzində aparılıb, orta yaş həddi 71 olan 3652 nəfəri əhatə edib. Tədqiqatçılar subyektləri təsadüfi olaraq, bir neçə qrupa bölüblər.
Bir qrup gündə 500 mq flavanol, digəri isə plasebo qəbul edib. Paralel olaraq, iştirakçılar yaddaş testləri keçirib.
Məlum olub ki, flavonol qəbul edən qrupda yaddaş göstəriciləri bir qədər artıb. Bununla belə, onların arasında hətta təcrübə başlamazdan əvvəl çox yaxşı yemək yeməyən və kifayət qədər flavonol qəbul etməyənlər qrupu var idi. İndi isə onların yaddaş göstəriciləri saxta dərman qəbul edən qrupla müqayisədə orta hesabla 10,5%, tədqiqatın əvvəli ilə müqayisədə isə 16% artıb.
Professor Edin Kessidiyə görə, gündəlik 500 mq flavonol dozası almaq mümkündür. Bunun üçün elə bir fincan çay içə bilərsiniz. Bir neçə ədəd tünd şokoladda 2 qram flavonoid var və ya bir neçə porsiya giləmeyvə və ya alma yeyə bilərsiniz.
Onun həmkarı, Los-Ancelesdəki Kaliforniya Universitetinin Genetika İnstitutunun professoru Devid Körtis tədqiqatın nəticələrinə şübhə ilə yanaşır. O qeyd edib ki, ilkin olaraq, flavonol çatışmazlığı olmayanlar əlavə plasebo qəbul edənlərlə müqayisədə inandırıcı nəticələr göstərməyib.
Güclü yaddaş üçün sağlam həyat tərzi sürmək və pis vərdişlərdən imtina etmək çox vacibdir.
Günay Quluzadə