Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qlütenə həssaslığınızı göstərən 10 əlamət - Ölüm riskinizi 6 DƏFƏ AZALDIN

  • 2018.01.29 15:36
  • 43348 Baxış
Qlütenə həssaslığınızı göstərən 10 əlamət -  Ölüm riskinizi 6 DƏFƏ AZALDIN
Çox adam qlüten xəstəliyindən əziyyət çəkdiyini müəyyən edə bilmir. Bəziləri isə bu xəstəliyin nə olduğundan xəbərsiz olur və çarəni özündə başqa xəstəliklər axtarmaqda görür. 


Medicina.az qlütenin əlamətləri ilə bağlı maraqlı yazı hazırlayıb


Əgər bu əlamətlərdən heç olmasa yarısı sizdə varsa, o zaman qlütenə görə analiz verin.


1.Mədə-bağırsaq, həzm sistemində uzun müddətli pozğunluqlar: meteorizm, köp, qəbilzik, diareya. Xüsusən qlütenli qidaların qəbulundan sonra bu halların artması


2.Keratoz - əllərdə qaz ayağı. Bu, A vitamini və yağ turşularının azlığından yaranır


3.Daimi yorğunluq, gözlərdə duman, hisslərin qarışması – qlüten qəbulundan sonra daha da artır


4.Autoimmun xəstəliklər, Haşimoto, revtoid artrit, xoralı kolitg, qurdeşnəyi, psoriaz, skleroz kimi xəstəliklər


5.Başgicəllənmə, balansın pozulması


6.Hormonal pozğunluqlar, yumurtalıqların polikistozu


7.Miqren – kəskin formaları


8.Fibromialgiya, səbəbsiz əzələ ağrıları


9.Sanki bilək, diz, çanaqda əzələlərin şişkinliyi, ağrısı, iltihabı


10.Səbəbsiz həyəcan, əhval dəyişikliyi, yaddaşsızlıq, diqqət yayınması


Evdə qlüten həssaslığını necə yoxlamalı?


Qlütenli qidaların – çörək və un məmulatı, buğdadan olan hər hansı ərzağın, taxıl məhsullarının azı 3 günlük qidadan çıxarılması. Və bu 3 gün ərzində orqanizmdə baş verən dəyişiklikləri izləmək. Sonra yenidən bu ərzaqlardan qəbul etmək. Fərq olarsa, deməli qlüten həssaslığı var. 


Orqanizmi qlütendən təmizləmək ən azı 1 il çəkir. Və bundan sonra siz qlüten tərkibli qidalardan uzaq durmalısınız. 


Araşdırmalar göstərir ki, qlüten xəstələri və  Çeliaki xəstələri qlütenli ərzaqları qəbul etməklə, ölüm riskini 6 dəfə artırırlar.

 

Əgər tam əmin olmaq istəyirsinizsə, istənilən endrokrinoloqa yaxınlaşıb, qlütenə görə analiz vermək istədiyinizi bildirməyiniz kifayət edər. 


Aygün