II tip diabet insulin müqavimətindən qaynaqlanır. Bu zaman qanda qlükoza çox miqdarda toplanır.
“Medicina” xəbər verir ki, həkim – endekrinoloq Antonina Quriyevanın sözlərinə görə, insülin qlükozanın (şəkər) qandan lazım olan orqanlara (əzələlər, beyin, ürək, qaraciyər) keçməsinə kömək edən bir hormondur.
“Bədənin insulinə qarşı müqaviməti yarandıqda, qanda qlükoza səviyyəsinin artması baş verir, yəni şəkər sanki qanda "ilişib qalır". Qanda qlükoza səviyyəsi yüksək olduqda və ona ehtiyacı olan orqanlarda kifayət qədər qlükoza olmadıqda, bəzi narahatlıq və əlamətlər baş verir.
Çox susuzluq hissi yüksək qan şəkərinin əlaməti ola bilər. Digər mümkün əlamət, tualetə tez-tez getməkdir, xüsusən də gecələr yuxudan oyanıb.
Yüksək qan şəkəri yorğunluq, yuxululuq verə bilər, eyni zamanda cinsiyyət orqanlarının qaşınmasına səbəb olur.
Qanda şəkəri artan insanlar "bulanıq görmə"dən əziyyət çəkə bilərlər. Nəzarətsiz qan şəkəri olan xəstələr aclıq hiss edə bilər, bədəndəki yanıq və yaralar daha gec sağalır".
Qlükozanın qanda ilişib qaldığını göstərən səkkiz əlamət:
Güclü susuzluq hissi
Tez –tez sidiyə getmə
Yorğunluq
Yüngül qaşınma
Çəki itirmə
Yaraların sağalması daha uzun çəkir
Bulanıq görmə
Artan aclıq
Günay Quluzadə