Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qlobal istiləşmə təbii fəlakətləri artıracaq - ALİMLƏR

  • 2022.09.19 16:05
  • 2055 Baxış
Qlobal istiləşmə təbii fəlakətləri artıracaq  - ALİMLƏR


Qlobal istiləşmə və iqlim dəyişikliyi Yer üzündə 2 ildən sonra güclü daşqın və sellərlə özünü göstərəcək.


"Medicina" xəbər verir ki, bu qənaətə Kopenhagen universitetinin meteoroqları gəlib.


Mütəxəssislər kompüter qrafikasının köməyilə Kopenhagendə güclü sel və daşqın olduğu zaman, 2011-ci ilin 2 iyulunda hava şəraitini stimulyasiya ediblər.


Onlar hər dəfə temperaturu 1,2,3 müsbət dərəcə qaldırıblar.


Nəticələr göstərir ki, temperatur nə qədər yüksək olubsa, yağışlar bir o qədər güclənib və növbəti subasmalar yaradıb.

Ekspertlər bildirib ki, əgər iqlim XX əsrdə 1 dərəcə artmasaydı, 2011-ci ildəki daşqın 2 dəfə az olacaqdı.

Alimlər əmindir ki, davam edən qlobal istiləşmə bütün dünyada təbii fəlakətləri artırıb, insanlar arasında suisidləri də artıracaq. Çünki insan orqanizmi bu dəyişiklərə tab gətirməyə bilər.


Aygün Musayeva