Qlikohemoqlobin müayinəsi – şəkərli diabetin monitorinqi, nəzarəti üçün verilən bir müayinədir.
Medicina.az şəkərli diabetin diaqnozu üçün təyin olunan bu analizin özəlliyini təqdim edir.
Qlikohemoqlobin- hemoqlobinin qlukoza ilə birləşməsidir,hansı ki, son üç ayda olan qlukozanın orta səviyyəsini göstərir. Qlukozanın eritrositlərdə olan hemoqlobin A ilə tədricən birləşməsindən yaranır.
Qlikohemoqlobin sağlam insanların qanında da olur. Reaksiyanın sürəti və miqdarı, eritrositlərin yaşama müddəti zamanı, qanda olan qlukozanın orta səviyyəsindən asılıdır. Reaksiya əsasında bir neçə forma qlikohemoqlobin yaranır: НbA1a, HbA1b, HbA1c.HbA1c – kəmiyyətə üstünlük təşkil edir və şəkərli diabet ilə daha yaxın korrelyasiya verir.
Qlikohemoqlobin- eritrositlərin yaşama müddəti zamanı (120 gün) meydana gələn hiperqlikemiyanı əks etdirir.Qanda qlukozanın səviyyəsi normaya düşdükdən 4-6 həftə sonra qlikohemoqlobinin səviyyəsi normallaşır. Şəkərli diabet xəstələrində bu birləşmənin səviyyəsi normadan 2-3 dəfə artıq ola bilər.
Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, şəkərli diabetə nəzarət etmək üçün ən dəqiq və zəruri test kimi tanınır. Şəkərli diabet xəstələrinə 3-4 aydan bir bu testi vermək tövsiyə olunur.
Analitik metoddan asılı olaraq, dəyərlər laboratoriyalar arasında dəyişə bildiyi üçün, dinamikada nəzarəti eyni laboratoriyada və ya,ən azı eyni üsul ilə vermək məsləhət görülür.
Diabetin müalicəsinə nəzarət etmək üçün qlikohemoqlobinin səviyyəsi 7% -dan aşağı olmalıdır, bu göstərici 8% -dan yuxarı olarsa terapiyaya yenidən nəzarət etmək tövsiyə olunur. Bu göstəricilər ancaq DCCT (Diabetes Control and Complications Trial) üsulu ilə aparılan müayinələrə aiddir.
Əgər diabet olub olmadığınızı dəqiqləşdirmək istəyirsinizsə, o zaman aclıq-toxluq şəkəri ilə yanaşı, son 3 ayın qlükoza mənzərəsini həkim üçün açıq aşkar edəcək bu testdən də keçin. Əgər nəticə 7-dən yuxarıdırsa, deməli, diabet xəstəliyinbdən şübhələnmək lazımdır.
Salam Mende 3ayliq analuz 5.2 cixdi ne demekdir bu zehmet olmasa?
3 ayliq seker 5.55 acliq sekeri 5.86 insulin132
Qurbanova
Şəkərin 3 aylıq analizin verdim 10,85cixdi sizcə məndə şəkər miqdarı çoxdu?
Salam məndə 3 aylıq şəkər analizində 5.60 cıxdı bu şəkər sayılır
60-100
3ayliq seker analizi verdim 6:4cixdi lakin qlikozaanaliz11 cixibsizce bu coxdur
Salam, səhər acqarına şəkərin miqdarı 137,yeməkdən sonra 141.Məndə şəkər olma ehtimalı var?
salam məndə 3 aylığ ananiz 5.3 çxdı amma venoz qanda ananiz 7.4 çxdı və ya 133 sizcə məndə şəkər xəstəliyi varmı?