Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qlaukomaya həsr olunmuş konfrans keçiriləcək

  • 2019.03.13 13:28
  • 5357 Baxış
Qlaukomaya həsr olunmuş konfrans keçiriləcək
 

Martın 14-də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə 11-17 mart Dünya Qlaukoma Həftəsi çərçivəsində "Qlaukomanın müasir diaqnostikası və müalicəsi” adlı elmi-praktiki konfrans keçiriləcək.

 

Medicina.az xəbər verir ki, konfransda qlaukomanın müasir diaqnostik təhlilindən, onun müalicəsindən danışılacaq, xəstəliklərin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin oftalmoloqlar qlaukoma ilə bağlı çıxışlarını təqdim edəcəklər. Konfransda "Qlaukomanın inkişafının təhlili”, "Göz travmaları nəticəsində yaranan qlaukoma”, "Qlaukomalı pasiyentlərin monitorinqində Heydelberq retinotomoqrafiyanın rolu”, "Qlaukoma ilə assosiasiya olan tor qişanın xəstəlikləri – maraqlı kliniki hallar”, və s. mövzular dinləniləcək.


Qlaukoma göz daxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan xəstəlikdir. Xalq arasında göz təzyiqi və ya "qarasu” olaraq adlandırılan qlaukoma dünyada 45 milyon insana təsir etmiş bir göz xəstəliyidir.


Konfrans saat 10:00-da başlayacaq.