Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Qızlarda skleroz riski oğlanlardan 2-3 dəfə çoxdur” - Rəna Şirəliyeva

  • 2018.12.20 11:29
  • 18723 Baxış
“Qızlarda skleroz riski oğlanlardan 2-3 dəfə çoxdur” -  Rəna Şirəliyeva
"Əgər qohumlar arasında 1-ci dərəcəli dağınıq sklerozlu xəstələr varsa, bu, uşaqlarda riski 2-4 faiz artır”. 


Medicina.az-ın məlumatına görə, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri, Nevroloqların Milli Assosiasiyasının prezidenti Rəna Şirəliyeva bildirib. 


R. Şirəliyeva deyib ki, cinsi yetkinlik yaşlarında qızlarda oğlanlara nisbətən dağınıq sklerozla bağlı risk 2-3 dəfə çox olur: "Bu xəstəliyə daha çox gənc yaşlarda, 3-5 faiz halda uşaq yaşlarında təsadüf edilir. Uşaqlarda xəstəlik daha kəskin və aqressiv başlayır. Lakin böyüklərə nisbətən remissiyaya daha tez çatırlar. Belə ki, uşaqlarda xəstəliyin kəskinləşmə dövrü 4 həftəyə kimi ola bilirsə, böyüklərdə bu müddət 8 həftəyə qədər arta bilər”.


R.Şirəliyeva qeyd edib ki, uşaqlarda bu xəstəlik daha kəskin və aqressiv başlayır. Uşaqlarda xəstəliyin kəskinləşmə dövrü 4 həftəyə kimi olursa, böyüklərdə bu müddət 8 həftəyə kimi arta bilər. uşaqlar böyüklərə nisbətdə orta və ağır əlilliyə daha tez məruz qalırlar: "Bəzən dağınıq skleroz xəstələrinə lazım olmayan dərmanlar verilir. Bu da xəstəliyi düzgün müalicə olunmasına maneədir. Siqaret çəkmək və C vitamininin çatışmazlığı yüksək risk faktoru kimi qiymətləndirilir. Qəbul edilən dərmanlar əsasən xəstəliyin gedişinə təsir edir və ağırlaşma, eləcə də kəskinləşmənin qarşısını ala bilir”.