Qızlarda aybaşı, adətən, 13 yaşından başlayır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir.
“Medicina” xəbər verir ki, menustrasiya 3-5 gün davam edir, 7 gündən artıq olmamalıdır. Bir aybaşının ilk günündən sonrakı aybaşının ilk gününə qədər olan müddət menstrual dövr adlanır. Bu dövr normada orta hesabla 28 gündür.
Ancaq qızların heç də hamısında menstrual dövr dəqiq olaraq 28 gün olmur.
Əksər qızlarda isə bu dövr qısa olur.
Qızlarda aybaşının olmaması 3 aydan artıq davam edərsə, bu halda da onları ginekoloqa göstərmək vacib hesab edilir.
Menstruasiya zamanı orqanizm cəmi 50-100 ml qan itirir. İnfeksiyalara qarşı həssaslıq artdığı üçün bu dövrdə gigiyenik qaydalara ciddi riayət etmək vacib hesab edilir. Hər dəfə gigiyenik bezləri dəyişdirərkən xarici cinsiyyət üzvlərini yumaq lazımdır. Bu zaman hər dəfə sabundan istifadə etmək lazım deyil.
Bu dövrdə idmanla məşğul olmaq qadağan edilmir. Lakin ehtiyyatlı davranmaq lazımdır.
Qanazlığı olan qızları aybaşı dövrünə ciddi hazırlamaq lazımdır. Bu məqsədlə onların qida rasionunda ət, qarabaşaq sıyıqları, alma, bal və s. miqdarını artırmaq lazımdır. Bu zaman həkim-hematoloq tərəfindən xüsusi preparatlar da təyin edilə bilər.
Menustrasiyada həddən artıq qanaxma ilə olarsa, onun müddəti 1 həftədən artıq davam edərsə, ağrılarla müşayiət olunarsa, qızınızı mütləq pediatra göstərmək, həmçinin ginekoloq və hematoloqla məsləhətləşmək vacib hesab edilir.
Buna səbəb cinsiyyət üzvlərinin müxtəlif iltihabi xəstəlikləri, uşaqlığın inkişafdan qalması, yumurtalığın sist (kistaları) və şişləri və s. də ola bilər.
Günay Quluzadə