Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qızlarda erkən cinsi inkişaf miqren yaradır – ALİMLƏR

  • 2019.07.24 14:31
  • 4918 Baxış
Qızlarda erkən cinsi inkişaf miqren yaradır –  ALİMLƏR
Qız uşaqlarının erkən yeniyetməlik dövrü və tez cinsi inkişafı onlarda miqren riskini artırır. Bunu ABŞ Oqayo Nevroloji Universitetinin nevroloqları bildirib. Onlar miqren ilə vaxtından tez cinsi inkişaf arasında bağlılığı araşdırıblar.


Medicina.az xəbər verir ki, alimlər 750 qız üzərində 8 yaşından 20 yaşına kimi müşahidə aparıblar. 10 il ərzində onlarda cinsi yetişkənlik dərəcələri qeyd olunub. Qızlarda cinsi yetişkənliyin əlamətləri süd vəzi, qasıq nahiyədə tüklənmə, menstruasiya başlanmasıdır. 16 yaşından bu qızların bir çoxunda miqrenə meyillilik aşkarlanır.  Tədqiqatın sonunda 11% qızlarda miqren, 7%-də miqrenə meyillik qeydə alınıb, 80%-də ümumiyyətlə miqren əlamətləri görülməmişdir. 


Hesablamalar göstərdi ki, erkən cinsi yetişkənlik keçirən qızlarda miqren olub. İlk menstruasiya nə qədər tez başlayırsa,  miqren də daha gənc yaşlardan başlayacaq. 


Alimlər hələ ki, bu təsirin səbəbini bilmir, amma təcrübə göstərdi ki, miqrenə cinsi hormonlar təsir edir. Burda estrogenin rolu çoxdur.