Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qızlar ictimai nəqliyyat və idman dərslərində sinələrini qorumalıdır – Qazaxıstanlı professor

  • 2019.03.30 15:57
  • 8183 Baxış
Qızlar ictimai nəqliyyat və idman dərslərində sinələrini qorumalıdır –  Qazaxıstanlı professor
Bu gün Tibb Universitetində baş tutan Şüa diaqnostikasının aktual problemlərinə həsr olunmuş elmi – praktik konfransda iştirak edən Qazaxıstan nümayəndəsi, professor Rauşan Raximjanova  süd vəzi xərçənginin yaranmasında ehtiyatsızlığın və zədələrin də təsiri olduğunu bildirib.


Medicina.az xəbər verir ki, professor yeniyetmə və gənc qızların süd vəzilərini zədələnməkdən, travmadan qorumasını vacib sayır.


" İdman dərslərində, nəqliyyatdan istifadə zamanı ehtiyatlı olmaq, sinəni zədədən qorumaq lazımdır. Xüsusən ictimai nəqliyyatda adam çox olan yerlərdə sıxılma, dəmir tutacağa möhkəm yapışmaq olmaz. Süd vəzilərinə kiminsə yumruq, zərbə vurması yolverilməzdir. Süd vəzilərdə travmatik zədələr də xərçəngə yol aça bilir”.