"
Yeşilçam"da canlandırdığı mənfi obrazlarla yadda qalan aktyor Coşkun Göğenə ağır itki üz verib.
"Tecavüzcü Coşkun" ləqəbli aktyorun xanımı Anjelika Göğen xərçəngdən dünyasını dəyişib. Bu barədə paylaşım edən Coşkun həyat yoldaşının 21 gün əvvəl Rusiyada vəfat etdiyini açıqlayıb. O, bildirib ki, xanımının nəşini Türkiyəyə gətirdə bilməyib və bu səbəbdən orada dəfn etməli olub.
Qeyd edək ki, Coşkunun qızı Dünya Göğen də 2018-ci ildə xərçəngdən vəfat edib.//Axşam.az