Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qızın qarnından saç tükündən nəhəng şar çıxarıldı

  • 2019.08.22 16:12
  • 6824 Baxış
Qızın qarnından saç tükündən nəhəng şar çıxarıldı
16 yaşlı qızın qarmından saç topasından ibarət böyük ölçüdə kürə çıxarıldı.


Medicina.az xəbər verir ki, Novosibirskin 25 saylı şəhər xəstəxanasında qarnında kəskin ağrılarla gələn qızın qarnında şişə bənzər bərk kütlə aşkarlanıb. 


Qız o qədər yemək yeməmişdi ki, həddən artıq arıqlamışdı. Poliklinikada onu dəfələrlə əsəb xəstəliyi və qastritdən müalicə etmiş, heç kimin ağlına qızın qarınını rentgen etdirmək gəlməmişdi.


Əməliyyat zamanı qarında olan şarabənzər yad cismin tüklərdən ibarət trixobezoar olduğu üzə çıxıb.

Şar mədəni bütünlüklə tutmuş, 25 sm-diametrində idi.


Pasiyent hansı səbəbdən saşlarını ağzına salıb yediyini, çeynədiyini və nə vaxtdan bu vərdişə adət etdiyini izah edə bilməyib.

Qıza nevroloji müalicə də yazılıb.