Bu hadisə insanda gözlərin parazitar infeksiyası – yəni qurd düşməsi ilə bağlı ilk rəsmi qeydə alınmış tibbi hadisədir. Əvvəllər gözdə qurdlar iri buynuzlu mal-qarada rast gəlinirdi.
26 yaşlı amerikalı qız sol gözündə nəsə gəzdiyini, tərpəndiyini hiss edir. 1 həftə sonra gözünü eşməklə ordan şəffaf qurd çıxaran qız dərhal xəstəxanaya aparılır. Xüsusi əməliyyatla qızın gözlərindən 14 parazit çıxarıldı. Onların ən böyüyünün uzunluğu 1 sm idi.
Qurdlar Thelazia gulosa növünə aid idi. İlk əvvəl bu infeksiya iri buynuzlu öküzün gözündə tapılırdı. Qurdun yumurtaları gözün selikli qişasına milçəklər vasitəsilə düşür. Çöldə mal-qaranın gözündən axan selik üzərinə qonan milçək sonradan insan gözünə qonanda yumurtalar selikli qişaya keçir. Daha çox insan yatarkən milçəyi qova bilmədikdə baş verir. Qızın yaşadığı Oreqon ştatı da çoxlu iri buynuzlu mal-qara saxlanıldığı ərazidir.
Qızın gözlərinə parazitlər milçək və ya balıq tutarkən göldən yoluxa bilərdi. Adətən parazitlər çıxarılandan sonra xəstənin vəziyyəti yaxşılaşır, gözündə problem olmur. Amma əgər qurdlar daha dərinə gedib, göz dibini zədələsələr, o zaman korluğa gətirib çıxara bilər.