Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qızın çiynindən qapı dəstəyi çıxarıldı – Qaçanda ilişib

  • 2019.03.06 17:24
  • 6713 Baxış
Qızın çiynindən qapı dəstəyi çıxarıldı –  Qaçanda ilişib
Moskva klinikalarının birində 11 yaşlı qızın çiyninə keçmiş 10 sm-lik metal qapı dəstəyi əməliyyatla çıxarılıb.


Medicina.az xəbər verir ki, valideynlərinin sözünə görə, qız evin içində qaçarkən, qapıdan keçəndə qopub çıxmış dəstək onun çiyninə keçmişdir. 

Təcili reanimasiyaya yerləşdirilən qızı kompleks müayinə etdikdən sonra məlum olub ki, metal qapı dəstəyi tamamilə çiyin toxumasına keçmiş, sümükdə dayanmışdır. 


Çiyində aparılacaq əməliyyat asan olmadı. Çünki dəstək elə yerdə ilişmişdi ki, ordan iri damar –sinir şəbəkəsi keçirdi və yanlış bir addım qolun işləməməsinə səbəb ola bilərdi. Professional travmatoloqların sayəsində qapı dəstəyə uğurla çıxarıldı, 1 həftə sonra qız sağlam şəkildə evə yazıldı.