Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Qızımın nənəsi hesab edirlər" - 66 yaşında ana olan qadın

  • 2020.10.12 12:45
  • 2146 Baxış
"Qızımın nənəsi hesab edirlər"  - 66 yaşında ana olan qadın
66 yaşında ana olan Adriana Iliescu Ginnesin Rekordlar kitabına düşüb.

Medicina.az xəbər verir ki, 9 il boyunca hamilə qalmaq üçün bütün müalicələri alan qadının istəyi hər dəfə nəticəsiz qalıb. Daha sonradan 66 yaşında süni mayalanma ilə övlad sahibi olmağa qərar verir. O bunun risk olduğunu anlasa da ana olmaq istəyirdi.

Adriana daha sonradan üçəmlərə hamilə qalır. Amma ikisi ana bətnində ölür, biri isə aylarla xəstəxanada küvəzdə qalır.

Adriana qeyd edir ki, çox zaman onu qızının nənəsi hesab edirlər. Təqaüdə çıxan və bütün həyatını qızına ayıran ana onu daha yaxşı böyütmək üçün çalışır.

Qeyd edək ki, Roma dili və ədəbiyyatı müəlliməsi olan Adriana 25-dən çox kitabın müəllifidir.