Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qızılcaya yoluxma hələ də davam edir - Gündə 30 yoluxma

  • 2024.04.30 16:28
  • 750 Baxış
Qızılcaya yoluxma hələ də davam edir   - Gündə 30 yoluxma

“Bu gün bəzi rayonlarda tək-tək hallarda olsa da, qızılca hadisəsi qeydə alınır”.

"Medicina" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktor müavini Afaq Əliyeva bildirib.

Onun sözlərinə görə, ötən gün ölkə üzrə 29 hadisə qeydə alınıb: “Rəqəmlər azalmağa doğru getsə də, hələ qarşısı alınmayıb. Çünki hələ də peyvənddən kənar qalan insanlar var”.


GEM rəsmisi xatırladıb ki, qızılca Azərbaycanda ötən ilin aprel ayından əsasən xaricdən gətirilmə halları ilə bağlı olub: “Gətirilmə faktları adətən Rusiya və Türkiyədən idi. Yoluxma halları da əsasən peyvənd olunmayan şəxslər arasındadır”.

A.Əliyeva vurğulayıb ki, hər il təxminən 10% uşaq peyvənddən kənarda qalır:

“Bununla da qeyri-immun təbəqə yaranır. Nəticədə hər hansı xəstəliyin alovlanması zamanı yoluxma halları da həddən artıq çox olur”.