Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə şagirdlər arasında qızılca xəstəliyi ilə bağlı yayılan xəbərlərdən danışıb.
"Medicina" xəbər verir ki, pnun sözlərinə görə, hazırda üç şagirddə qızılca xəstəliyinin olması barədə məlumat var:
“Məktəblərdə şagirdlər arasında qızılcanın yayılması ilə bağlı diaqnoz qoyma səlahiyyəti nə mənim, nə də direktorundur. Səhiyyə Nazirliyi ilə işləyirik. Rəsmi məlumatlara əsasən, bu və ya digər müəssisədə qapanmaya getməyi planlaşdırmırıq.
Növbəti günlərdə təhlillər aparıldıqca təhlükəli yerlər yaranarsa sinfin, məktəbin müəyyən müddətlik distant təhsilə keçirilməsi qərarı verilə bilər. Bu o halda olacaq ki, mütəxəssislərin fikrincə vəziyyət uşaqların həyatı üçün təhlükə yarada bilər”.
246 saylı məktəb, 6 Ç sinifində konkret 4-5 uşaq yoluxub , bağlanmasını tələb edirik, uşaqlarımız təhlükədədir.