Qızılca xəstəliyi hava-damcı yolu ilə insandan insana keçən çox yoluxucu xəstəlikdir.Bir dəfə yoluxan insanda ömürlük immunitet yaranır.
"Medicina" xəbər verir ki, səpki başlanmazdan əvvəl 1-5-ci günlər yüngül hərarət, quru öskürək, burun axıntısı, gözlərdə qızartı müşahidə edilir.
Bu dövrdə azı dişləri səviyyəsində yanağın içərisində ağ xırda ləkələr (Filatov-Koplik ləkələri) qizılca üçün xarakterik-patoqnomik ( yəni qızılcanı təsdiqləyən) əlamətdir. Bu dövrdə və səpki başlayandan 4 gün ( pnevmoniyası olanlarda səpkidən 10 gün sonraya qədər) xəstə kontaktda olanları yoluxdura bilər.
4-8-ci günlər yüksək hərarət (39-40°) olur.
Qizilca səpkisi etaplı olur: bədənin yuxarı hissəsindən - başdan, qulaq arxası və boyun nahiyəsindən başlayaraq 1 gün ərzində üzə, qollara və gövdəyə yayılır.
2-ci gündə sarğı və bud,
3-cü gün isə ayaq pəncəsinə qədər yayılır.
Mərhələ ilə də solur.
Səpkilərin başlamasından 2-3 gün sonra hərarət normallaşır. Gözlərdə konyuktivit əlamətləri və
ișığa həssaslıq müşahidə edilə bilər.
Səpkilər basmaqla solan, makulopapulyar, qaşınan, bir-biri ilə birləşməyə meyilli olur.
Qızılca ağır bir xəstəlikdir, ciddi ağırlaşmaları var. Ağır otit, pnevmoniya,ensefalit, panensefalit kimi çox ağır fəsadları var. Bəzən ölümlə nəticələnir. Ona görə xəstə mütləq həkim nəzarəti altında olmalı, lazım gələrsə xəstəxanaya yatırılmalıdır. Xəstəlikdən qorunmağın əsas yolu isə qızılcaya qarşı peyvənddir. Bütün uşaqlara 1-6 yaşında qızılcaya qarşı peyvənd aparılmalıdır. Bu zaman ömürlük immunitet yaranır. Uşaq xəstələnmir, xəstələnərsə xəstəliyi çox yüngül keçirir.
Müalicə zamanı sanitar-gigiyenik qaydalara əməl edilməli, otağın havası tez-tez dəyişdirilməli, xəstəyə yaxşı qulluq edilməli, düzgün qidalanması təmin olunmalıdır. Xəstə bütün qızdırmalı dövrdə və qızdırma düşəndən sonrakı 2-3 gün müddətində yataq rejimində olmalıdır. Sonra tədricən yaşına uyğun normal rejimə keçə bilər. Dəri və selikli qişaların gigiyenasına ciddi qulluq olunmalı məs, gözlər qaynanmış isti su ilə gündə bir neçə dəfə yuyulmalı, yeməkdən sonra ağız boşluğu qaynanmış su ilə yaxalanmalı, qurumuş dodaqlara vazelin, yağ sürtülməlidir və s.
Qidalanma əsasən yaşa uyğun olmalıdır. Böyük uşaqlarda qızdırmalı dövrdə südlü- göyərtili dieta təyin edilir. Temperatur normallaşandan sonra tam dəyərli qidalanmaya keçilir.
Kiçik uşaqlarda qızdırmalı dövrdə , iştahasızlıq zamanı uşağı zorla yedirmək lazım deyil. Bu uşaqlar üçün vacib məsələ kifayət qədər maye qəbul etməsidir(çay, meyvə şirələri, duru kisel, kompot və s şəklində) .
Bunlar az-az və tez-tez verilməlidir, həm də isti şəkildə.Temperatur normallaşandan sonra tam dəyərli qidalanmaya keçilir.
Müalicə simptomatik aparılır: qızdırmasalıcı, öskürəkəleyhinə preparatlar və s. Yaxşı olar ki, xəstələrə, həkim təyinatı ilə C və A vit-i verilsin. Qızılca xəstəliyi virus infeksiyası olduğu üçün bakterial ağırlaşmaları olmadıqca antibiotik təyin olunmamalıdır.
Qızılca keçirmiş uşaqlarda müəyyən müddət asteniya-zəiflik qalır. Ona görə, bir müddət onların gün rejimini mülayimləşdirmək, məs.məktəb yüklənmələrini azaltmaq lazımdır. Və uşaq bu asteniyadan tez qurtulsun deyə: yuxusuz qalmamalı, təmiz hava almalı(üşümədən,soyuqlamadan), vitaminli, kalorili qidalanmalıdır.
Eyni zamanda bərpa üçün biotənzimləyici terapiya köməyinizə çata bilər- həkim məsləhəti ilə:
Engystol -immunmodulyasiya məqsədilə,
Coenzyme compositum+
Ubichinon compositum-ATF sintezini, enerjini bərpa etmək,
Galium-heel toksinlərdən azad olmaq məqsədilə..
https://btk.az