Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qızılca, yoxsa suçiçəyi - Necə ayırd etməli?

  • 2023.05.01 14:21
  • 5353 Baxış
Qızılca, yoxsa suçiçəyi  -  Necə ayırd etməli?
Qızılca və ya suçiçəyi xəstəliyinin səpki və əlamətləri bir-birinə çox bənzəyir. Koviddən sonra qızılca aktiv yayılmağa başlayıb. Yanvar-mart aylarında bir neçə min insan bu xəstəliyə yoluxub.

“Medicina” xəbər verir ki, həkim – pediatr Darya Markovanın sözlərinə görə, həm qızılca, həm də suçiçəyi virus infeksiyalarıdır və onların ümumi yoluxma üsulu var. Əgər qızılca bədənə əsasən gözün, burunun və ağzın selikli qişalarından keçirsə, suçiçəyi xəstənin səpkisi və ya tüpürcəyi ilə birbaşa təmasdan keçə bilər.

"Onların ortaq cəhətləri də var ki, hər iki xəstəlik uşaqlıq dövrü xəstəlikləri sayılır. Amma böyük yaşda da yoluxma olur və böyüklərdə bu xəstəliklər uşaqlara nisbətən daha ciddi fəsadlara səbəb olurlar.

Qızılca xüsusilə immun sistemi və mərkəzi sinir sistemi üçün təhlükəlidir.

• Bədəndə qızılca zamanı C və A vitaminlərinin səviyyəsi kəskin şəkildə azalır ki, bu da immunitet sisteminin zəifləməsinə səbəb olur və digər infeksiyalara yoluxma riskini artırır. Beləliklə, böyüklərdə xəstəlik eşitmə sinirinin zədələnməsi, ilə pnevmoniya və ya kəskin otitə keçə bilər.

• Bu infeksiyanın mərkəzi sinir sistemi üçün ən ciddi fəsadlarından biri ensefalit və ya beyin toxumasının iltihabıdır.

Suçiçəyi ciddi xəstəliklərə səbəb ola bilər, məsələn:
• sətəlcəm;
• meningit (beyin və onurğa beyninin selikli qişasının iltihabı);
• miokardit (ürək əzələsinin iltihabı).

Qızılca və suçiçəyi arasında üç fərq:

1. Hər iki infeksiya temperaturun kəskin artması ilə xarakterizə olunur. Ancaq qızılcada bir qədər yüksəkdir, təxminən 39,5-40 dərəcə.
2. Qızılca arasında xarakterik fərq ağız mukozasında görünən ağımtıl ləkələrdir. Bu ləkələr başqa yoluxucu xəstəlikdə yoxdur.
3. Qızılca gözlərdə ağrılı hisslər və qaşınma ilə tanınır. Selikli qişalar ilk zərbə vurduğundan, qızılca tez-tez gözlərin xarici selikli qişasının iltihabı olan konyuktivitlə müşayiət olunur".

Səpkilərə baxıb, qızılçanı və suçiçəyini necə fərqləndirmək olar?

Qızılca dəri üzərində yüksələn qabar şəklində bir səpki ilə xarakterizə olunur. Qırmızı ləkələrlə əhatə olunmuş papullar əmələ gəlir. Səpkilər mərhələli şəkildə əvvəlcə baş, boyun və çiyinlərdə, sonra isə sinə, qol və ayaqlarda.

Suçiçəyində səpki maye ilə dolu kiçik blisterlərə bənzəyir. Xəstəlik irəlilədikcə, onlar partlayır və yerini kiçik yaralarla əvəz edir, nəticədə qabıqla örtülür. Səpkilər qeyri-bərabərdir və eyni zamanda bütün bədəndə, lakin daha çox baş dərisində görünə bilər.

Günay Quluzadə