Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qızılca sərhədləri aşır – 2018 Qızılca ilidir

  • 2018.05.31 17:35
  • 11852 Baxış
Qızılca sərhədləri aşır –  2018 Qızılca ilidir
Bu il qızılcaya yoluxanların sayı 20-30 dəfə artıb. Düzdür, bu göstəricilər Rusiya və Moskvaya aiddir. Amma bu il Azərbaycanda da çox ailələr qızılca ilə üzləşdi: istər uşaqlar, istərsə də böyüklər arasında qızılca keçirənlər oldu. 


İnfeksionistlərin fikrinə görə, virus bizə Qərbi Avropa, Ukrayna, Tacikistan, Türkiyədən keçməklə yayılıb. 

Rusiyada əhali arasında ötən illə müqayisədə 27 dəfə çox virusa yoluxma halı qeydə alınıb. 


Medicina.az xəbər verir ki, hələ 2017-ci ildən başlayan bu temp 2018-də bu vaxta kimi görülməyən pik həddinə çatıb.  Halbuki 2016-cı ildə qızılcaya qarşı tədbirlər sayəsində Rusiyada ən aşağı göstərici əldə olunmuşdu.


Ümumdünya Səhiyyə Təşkilatının rəyinə görə, bu il daha çox Ukrayna, İtaliya, Serbiya, Yunanıstan, Fransa, Rusiyada qızılca yoluxmasında artım qeydə alınıb. 

İnfeksiyanın belə vüsət almasına səbəb bu virusdan peyvəndlənməyən insanların çoxluğudur. Ilkin qığılcımların həkimlər və epidemioloqlar tərəfindən gec təyin olunması, profilaktik tədbirlərin vaxtında aparılmaması, immunizasiyasının ciddiyə alınmaması insanları virusa qarşı açıq etmişdir. 


Əhalinin növbəti il üçün kütləvi planlı immunizasiyaya cəlb olunması işləri sürətlənməlidir. İnsanların peyvəndin əks təsirindən çəkinərək könüllü imtina etməsi də vəziyyəti qəlizləşdirir. Amma eksperlər qızılca və məxmərəkdən qorunmaq və virus epidemiyasının yayılmasının qarşısını almaq üçün yeganə yolun peyvəndlənmə olduğunu bildirir.