Qızılca virusuna yoluxduqdan sonra immun yaddaş silinir. Bunu Harvard Universitetinin alimləri aşkar edib.
Medicina.az xəbər verir ki, son 5 ildə alimlər qızılcaya qarşı peyvəndin insanı nəinki həmin virusdan, eləcə də digər virus və infeksiyalardan uzun müddətə qoruyacağı barədə kifayət qədər faktlar əldə ediblər.
Harvard alimləri isə bu mexanizmin necə işlədiyini indi tapıblar.
Orqanizmə qıcılca virusu düşdükdə, immun sistemin yaddaşından 12-67% antiteli silir. Bunlar digər bakteriya və virusların ştamlarına qarşı antitellərdir.
Məsələn, əgər qızılcaya qədər insanı 100 müxtəlif antiteli var idisə, xəstəlikdən sonra onlar yarıya qədər itir. Bununla da immun sistem zəifləyir, gələcəkdə digər viruslara qarşı dözümsüz olur.
Ona görə qızılca düşünüldüyündən də ağır və təhlükəli xəstəlikdir. O, xəstənin immun yaddaşını zədələyir. Qızılcaya qarşı vaksin immun yaddaşın tam və pozulmadan qorunmasını da təmin edir.