Böyük Britaniyada qızılcaya yoluxma hallarında son bir ildə iki dəfədən çox artıb.
"Medicina" xəbər verir ki, mütəxəssislər əgər belə davam edərsə, epidemiya təhlükəsi olacağını bildirib.
Sağlamlıq Təhlükəsizliyi Agentliyi qızılcaya yoluxma hallarının keçən il 1603 nəfərdə, 2022-ci ildə isə 735 nəfərdə qeydə alındığını bildirib.
İndi isə həftəyə 50 yoluxma var. Uşaq xəstəxanalarına 120 uşaq yerləşdirilib.
Mütəxəssislər qızılca xəstəliyinin yenidən baş qaldırmasını COVID-19 peyvəndləri haqqında yanlış məlumatların yaranması nəticəsində yaranan qorxu ilə əlaqələndirir. MMR (qızılca, parotit, məxmərək) peyvəndi azalıb, indi daha çox uşaq peyvəndsizdir.
Aygün