Avropa ölkələrində qızılca xəstəliyinə tutulanların 70 faizi Ukraynanın payına düşür.
Medicinza.az xəbər verir ki, bu barədə məlumat Dünya Səhiyyə Təşkilatının hesabatında qeyd olunub.
Hesabatda bildirilib ki, bu ilin iki ayında Avropanın 42 ölkəsində 34300 nəfər qızılca xəstəliyinə tutulub. Albaniya, Rumıniya və Ukraynada qızılcadan ölüm faktları baş verib.
Qeyd edək ki, 2018-ci ilin dekabr ayının 28-dən 2019-cu il mayın 1-dək Ukraynada qızılca xəstəliyindən ölənlərin sayı 16 nəfərə çatıb, bunlardan 3-ü uşaqdır.