Antibiotiklərdən istifadə etmədən patogen bakteriyaları öldürmək üçün yeni üsul hazırlanıb.
Medicina.az xəbər verir ki, bu, Pensilvaniya və Stenford universitetlərinin alimlərinin apardıqları tədqiqatlar nəticəsində mümkün olub.
Onlar karbohidrat dekstranı ilə örtülmüş qızıl hissəcikləri yaradıblar. Bildirilib ki, bunlar biofilmləri məhv edə bilər.
Bu daha çox ciddi diş çürüməsinə səbəb olan "streptococcus mutans" kimi bakteriyaların əmələ gətirdiyi ağız biofilmlərinə qarşı təsirli hesab edilir.
Həmçinin yaraların sağalma prosesini yavaşladan stafilokok bakteriyasın qarşı da bu maddədən istifadə edilə bilər. Çünki bu hallarda zülal və karbohidratların sıx şəbəkəsi antibiotiklərin təsirini azaldır.
Qızıl qeyri-toksik olduğu və işığı asanlıqla istiliyə çevirdiyi üçün fototermal terapiya üçün əlverişlidir. Bu, patogenləri məhv etmək üçün nanohissəciklərin istiliyindən istifadə edən bir üsuldur. Nanohissəciklər həm istilik, həm də ultrasəs dalğaları yayır.
Tədqiqatlar sübut edib ki, fototermal terapiya biofilmləri yox etməkdə hardasa 100 faiz effekt verir. Ənənəvi antiseptik xlorheksidin isə bakteriya canlılığını əhəmiyyətli dərəcədə azaltmadığı vurğulanıb.
Qeyd edək ki, tədqiqatın nəticələri “Journal of Clinical Investigation”da dərc olunub.
Aysel