- Hazırda həmkardırlar- FOTO Qızı üçün 50 yaşında imtahan verdi
- Hazırda həmkardırlar- FOTOQızı üçün 50 yaşında imtahan verdi
2017.10.03 17:07
13791 Baxış
Türkiyənin İzmir şəhərində ata qızına örmək olmaq üçün maraqlı addım atıb.
Medicina.az xəbər verir ki, təcrübəçi həkim olan 52 yaşlı, 2 uşaq atası Güvən Kılıç uzmanlıq adını qazanmaq üçün imtahan verib. Artıq yaşlandığını düşünən ata, sadəcə qızına bu sahədə örnək olmaq üçün şansını son dəfə sınayıb və imtahanı qazanıb.
Qəbul olması xəbərini eşidən 26 yaşlı qızı atasının bu hərəkətindən həvəslənərək sonrakı ildə həmin imtahanlara girib və müvəffəqiyyət qazanıb. G. Kılıç müsahibəsində imtahana girərkən qazanmayacağını düşündüyünü deyib: "Sırf qızımı həvəsləndirmək üçün şansımı sınadım. Uşağımın bu sahədə peşəkar olmasını çox istəyirdim. Qəbul olduğuma çox sevindim. Qızımın da məni örnək alaraq etdiyi hərəkət məni ata kimi çox duyğulandırdı”.
Hazırda ata və övladı eyni xəstəxanada birlikdə çalışırlar.