Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qızarmış ətlə xərçəngin bağlılığı sübut olundu – Oksford alimləri

  • 2022.02.28 16:11
  • 2542 Baxış
Qızarmış ətlə xərçəngin bağlılığı sübut olundu    – Oksford alimləri

Yağda və ya manqalda qızarmış ətlə xərçəng xəstəliyinin əlaqəsi elmi olaraq sübut edildi.

Medicina.az xəbər verir ki, Britaniyanın Oksford universitetinin alimləri yeni elmi tədqiqatlarında müntəzəm olaraq qızarmış ət yeməyin xərçəng inkişafına təsir etdiyini bəyan edib.

Alimlər komandası 472 min nəfər britaniyalının tibbi məlumatını 2006-2010-cu illər arasında analiz ediblər.

Onların 53%-i həftədə 5 dəfə ət, toyuq, balıq yeyiblər.
44% isə həftədə 3 dəfə ət yeyib, 4% isə vegeterian idi.

Nəticələr göstərib ki, həftədə 5 dəfə və daha çox günlər ət, balıq yeyənlərin 12%-i bu illər ərzində xərçəngə tutulub.

Ancaq balıq və ya tərəvəz yeyənlərdə xərçəng olmaq riski 14% daha azdır.

Tədqiqatçılar bildirib ki, araşdırma konkret olaraq ətin xərçəng olması nəticəsini bəyan etmir. Və araşdırma iştirakçıların həyatının müəyyən dövrünü əhatə edib.


Amma qızarmış ət, toyuqla xərçəngin əlaqəsini sübut edən onlarla elmi tədqiqat var. Alimlər qidalanmanın onkoloji xəstəliklərdə rolunu qabartmaq istəyir.

MEDİCİNA.AZ