Harvard Universitetinin ekspertləri qızardılmış balıq, ət və toyuğun hipertoniyanın yaranmasını sürətləndirir. Tədqiqatçılar 33 min tibb bacısı, 54 min adi evdar qadın və 17 min kişini tədqiq ediblər. Heç bir iştirakçı araşdırmanın əvvəlində diabet, hipertoniya və xərçəng kimi xəstəliklərdən əziyyət çəkmirdi. 12 illik müşahidələrdən sonra bu adamlardan 37 minində hipertoniya yarandı.
Mütəxəssislər bu 37 min insanın qida seçimini analiz edib. Məlum olub ki, 17 % daha çox qızardılmış toyuq, ət və balıq yeyən insanlarda təzyiqin yüksəlməsinə meyillilik daha çoxdur. Həddən artıq qızardılmış yemək sevənlər 15 dəfə çox risk altındadırlar. Alimlər bunun səbəbini belə izah edir ki, yüksək dərəcədə qızardılmada ərzaqda elə maddələr yaranır ki, bu maddələr stress, iltihabi proseslər və insulinə rezistentlik yaradır.
Bütün bu proseslər də hipertoniyaya səbəb olur.