Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qızardılmış toyuq və balıq - Erkən ölüm səbəbi

  • 2019.01.30 11:02
  • 9802 Baxış
Qızardılmış toyuq və balıq -  Erkən ölüm səbəbi
 

Uzun illər boyu toyuq və balıq aşağı kaloriyə malik olduğu üçün dieta saxlayanların ən əsas qidası hesab olunub. Tərkibində olan vitaminlər və minerallar orqanizm üçün çox faydalıdır.

 

Lakin bu məhsulların doğru şəkildə hazırlanaraq istifadə olunması lazımdır. Ən doğru bişirilmə forması isə buxarda və suda bişirməkdir. 


Medicina.az xəbər verir ki, araşdırmalara görə, mütəmadi olaraq qızardılmış toyuq və balıq ilə qidalanmaq vaxtından əvvəl ölüm risqini artırır.


Araşdırmaçılar 50-79 yaş arası 106966 qadın üzərində 1993-cü ildən 2017-ci ilədək müşahidələr aparıblar. Bu müddət ərzində 31588 ölüm hadisəsi baş verib ki, onlardan 9320 ürək xəstəliklərindən, 8358-i isə xərçəng səbəbindən meydana çıxıb. Alimlər bu zaman qadınların qidalanma rejimini nəzarətdə saxlamışlar.  


Araşdırmada qadınların qida rasionlarında qızardılmış qidalara üstünlük verdikləri müəyyən edilib. Bu cür qadınların həyatlarını daha tez itirdikləri məlum olub. 


Buna görə də alimlər sağlam qida olsa belə toyuq və balıq kimi ağ ətin qızardılaraq yeyilməsini məsləhət görmürlər. 


Arzu 

Medicina.az