Anadangəlmə nadir genetik anomaliya ilə doğulmuş 17 yaşlı qızın uşaqlıq orqanı yox idi. Həkimlər ona balıq dərisindən yeni vagina hazırlamış və bu unikal əməliyyat Braziliyada gerçəkləşmişdir.
Medicina.az xəbər verir ki, klinikaya müraciət edəm pasiyent 17 yaşı olmasına baxmayaraq menstruasiyanın başlamaması şikayəti etmişdir. Ginekoloji müayinə zamanı qızda uşaqlıq yolu və uşaqlıq orqanının olmamasını təyin ediblər.
Genetik analiz göstərdi ki, qızda nadir Mayer Kuster sindromu var, bu sindrom 4500 qızdan birində görünür.
Pasiyentdə bir yumurtalıq fəaliyyət göstərirdi, hormonlar qaydasında idi.
Seara Federal universitetinin həkimləri qıza vagina hazırlamaq üçün tilapiya balıq növündən istifadə ediblər.
Pulcuqlardan təmizlənən dəri kimyəvi maddələrlə təmizlənmiş, aşılanaraq normal səviyyəyə gətirilmiş və qıza uşaqlıq yolunda material kimi istifadə olunmuşdur.
Belə əməliyyat artıq 3-cü dəfədir ki, keçirilir. Balıq dərili vaginaya sahib artıq 5 qadın var.
Yarım il sonra balıq dərisi toxumalarla tam uyğunlaşaraq, normal hal alıb.
Əməliyyatdan sonra qız intim münasibətdə ola və ya ərə gedə biləcək. Lakin uşaqlıq orqanı olmadığından ana olması üçün surroqat ana metodundan istifadə edə biləcək.