Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qız uşaqlarında qanaxmanın səbəbləri

  • 2022.11.12 17:15
  • 5713 Baxış
Qız uşaqlarında qanaxmanın səbəbləri

Qız uşaqlarında iltihaba ən çox səbəb olan yad cisim salfetkadır. Uzunmüddət qaldıqda yad cisim uşaqlıq yolunda iltihab törədərək divarının zədələnməsinə səbəb olur ki, bu da uşaqlarda qanaxma əmələ gətirir. Bu qanaxma əgər uşaq doğulduqdan 10-15 gün ərzində olarsa, bu, normal fizioloji qanaxma kimi qəbul olunub. Səbəbi ananın hormonlarının (estrogen) uşağa keçməsidir.

Əgər qanaxma 10 yaşından tez, 8 yaşına kimi, ilkin cinsi əlamətlərə kimi olursa bunun da səbəbi hormonaldır. Belə uşaqlarda erkən akselerasiya (erkən cinsi yetişkənlik) baş verir.

"Medicina" xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin Radiologiya şöbəsinin həkim-radioloqu Şəbnəm Topbaştekin məlumat verib.

Onun sözlərinə görə, bu qanaxmaların səbəbi 4 qrupa bölünür: Vulvo və vaginal iltihablanma, erkən yetişkənlik (akselarasiya), genital törəmələr və travmalar.

"Təəssüf ki, kiçik yaşlarda bədxassəli şişlər də uşaqlıq yolu qanaxmalarına səbəb olur. Belə şişlərdən biri rabdomiosarkomadır. Bu törəmə böyüyərək uşaqlıq yolundan kənara tökülür və qanaxmaya səbəb olur. Daha çox 3 yaşda rast gəlinir. Əvvəllər rabdomiosarkomanı əməliyyat edirdilər və proqnozu pis olurdu. Son illər isə şiş əməliyyatla tam götürülür və kimyaterapiya tətbiq olunmaq şərtilə müsbət nəticələr əldə edilə bilir. Digər bədxassəli şişlərə isə teratomalar, vaginal karsinomalar aiddir", - deyə Şəbnəm Topbaştekin bildirib.

Həkim-radioloq qanaxma səbəblərindən birinin də travma olduğunu deyib. Qeyd edib ki, travma dedikdə avtoqəzalar, yıxılma, yad cisim və cinsi istismar nəzərdə tutulur.

Aygün Musayeva