Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qız uşaqları 5-6 yaşından ginekoloqa aparılmalıdır, ərə gedəndə yox – Ginekoloqdan analara tövsiyyələr

  • 2019.01.16 16:24
  • 15279 Baxış
Qız uşaqları 5-6 yaşından ginekoloqa aparılmalıdır, ərə gedəndə yox –  Ginekoloqdan analara tövsiyyələr

Qız uşaqları nəinki yeniyetməlik dövründə, daha erkən, 5-6 yaşdan ginekoloq müayinəsinə cəlb olunmalıdır. Azərbaycanda qız anaları çox yanlış olaraq qızlarını ərə gedənə kimi ginekoloqdan uzaq tutur, ginekoloq yalnız hamiləlik üçün lazımdır deyə düşünürlər. Təcrübələr göstərir ki, qız uşaqlarında bir çox ginekoloji problemlərin kökü hələ 7-8 yaşından qoyulur, lakin bundan gec xəbər tuturlar.


Bunu medicina.az –a açıqlamasında ginekoloq Xədicə Mahirqızı bildirib.


" Diqqətli, müasir, savadlanmış analar qızlarını elə 5 yaşından da ginekoloqa gətirir. Uşaqdır, bir də görürlər axıntı, ifrazat, qaşınma olur, ya daxildə nəsə ağrıları olur. O qədər olub ki. 5-7 yaşında qızlarda kista tapmışıq. Hər uşaqda cinsi inkişaf normal getmir ki. Elə vaxt olur, heç yeniyetmə dövründə menstruasiya görmürlər. 18 yaşı var hələ başlamayıb. Ana o zaman  narahat olur. Əvvəldən heç olmasa bir USM müayinəsindən keçməlidirlər.

 

Qız uşaqlarını müayinə o demək deyil ki, vaginal müayinə olunur. Xeyr, adi bir USM yetərli olur, bir iki analizlə o axıntının səbəbini tapırıq. 


Sidik kisəsi dolu olduqda daxili cinsiyyət orqanları da normal görünür. Qız övladının sağlamlığı artıq ananın bətnindən başlayır”.


Həkim 9-12 yaşlarında yeniyetmələrdə daha çox bu problemləri aşkar etdiyini bildirdi:


" O dövrdə menarxiya – ilk menstruasiyanın başlaması ilə bağlı daha çox şikayərlər olur. Elə qızlar var, güclü qanaxmaları olur. Bu bəzən normaldır. Çünki menstruasiyanı idarə edən yumurtalıqlar təzə funksiyaya düşdüyünə görə işinin öhdəsindən hələ tam gələ bilmir: qan itkisi az və ya ifrat çox ola bilər. Bu halda müayinə olunmalıdır. Normaldırsa, deyirik, heç nə yoxdur. Bəzən qorxu ilə analar gəlir ki, bir dəfə gördü menstruasiya, 6-7 aydır yoxdur. Bu da ola bilər. Zamanla yumurtalıqlar normal funksiya göstərəcək. Amma rahat olmaq üçün bu problemlərdə bir dəfə gəlimb USM müayinədə xarici və  daxili orqanlarda hər hansı anadangəlmə, ya qazanılmış anomaliyalar, şişlər, kistlər olub-olmamasını öyrənmək lazımdır. Problem varsa vaxtında müdaxilə edək”.