Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qışı necə sağlam keçirək?Alman preparatları

  • 2019.12.03 16:11
  • 5380 Baxış
Qışı necə sağlam keçirək? Alman preparatları
Hər bir mövsüm dəyişikliyi özlüyündə mövsümə uyğun xəstəliklərin aktivləşməsinə səbəb olur. Payız-qış mövsümündə əhali arasında ən çox yayılan kəskin respirator xəstəliklərdir. Kəskin respirator xəstəliklər bir neçə kəskin infeksiyanın ümumi adıdır. Kəskin respirator xəstəliklər ümumi əlamətləri ilə birləşmiş xəstəliklər qrupudur.



1. Onlar infeksion mənşəlidirlər: viruslar və bakteriyalar tərəfindən törədilirlər.
2. Xəstəlik törədiciləri orqanizmə hava-damcı yolu ilə tənəffüs sistemi vasitəsilə keçirlər.
3. Kəskin respirator xəstəliklər zamanı (KRX) birinci növbədə məhz tənəffüs üzvləri zədələnirlər.



Ona görə də xəstəliyi respirator adlandırırlar. KRX yer kürəsində ən çox yayılmış xəstəliklərdir. Dünyada hər il 1mlrd-dan çox xəstəliyə yoluxma halları qeyd olunur. KRX ən çox uşaqlarda müşahidə olunur. Həyatının ilk ayında olan körpələr nadir hallarda xəstələnirlər, çünki onlarda transplasentar passiv immunitet saxlanılır.


Anadangəlmə immunitet olmadıqda və ya zəif olduqda bu uşaqlarda xəstələnə bilərlər. Xəstələnmə ən çox 6 aylıqdan - 3 yaşa qədər olan uşaqların payına düşür. Bu da onların uşaq müəssisələrinə getməsi ilə əlaqədardır.



Əslində uşaq xəstələndikcə onun immuniteti formalaşır.

Amma uşaqlara düzgün qulluq olunmadıqda, vaxtında düzgün profilaktika, müalicə tədbirləri aparılmadıqda xəstələnmə halları uşaq orqanizminin mühafizəsinin zəifləməsinə, II – li infeksiyanın qoşulmasına, xroniki infeksiya ocaqlarının formalaşmasına səbəb olur, uşağın inkişafını ləngidir. KRX hər yerdə rast gəlinir. Epidemik və pandemik yayılmağa meyillidir. İnfeksiya asanlıqla ötürülür və xəstəlik sürətlə yayılır. İnfeksiyanın ötürülməsi hava-damcı yolu ilə baş verir. Virus yuxarı tənəffüs yollarının selikli qişasından asqırma, öskürmə, danışıq və tənəffüs zamanı xaric olur və aerozol şəklində havada asılmış vəziyyətdə bir neçə dəqiqə saxlanıla bilər.

Nadir hallarda infeksiya qulluq əşyaları, qab-qacaq və digər vasitələrlə ötürülə bilər. Viruslar və bakteriyalar tənəffüs yollarına düşür və qanla bütün orqanizmə yayılan zərərli maddələr və toksinlər yaradırlar. Keçirilmiş xəstəlikdən sonra immunitet davamlı deyil və ona görə də hər bir insan ildə bir neçə dəfə KRX-a yoluxa bilər. KRX və KRVİ zamanı əsas müşahidə olunan kliniki sindromlar:

İntoksikasiya sindromu:
Hərarətin yüksəlməsi, baş ağrısı, başgicəllənmə, zəiflik və əzginlik, əzələ və oynaqlarda ağrılar, ürəkbulanma, qusma, üzün hiperemiyası, ənsə əzələlərinin gərginliyi, konyuktivit, gözdə sklera damarlarının həssaslığı, tərləmə, petexial səpkilər və s. simptomlar müşahidə oluna bilər.

Kataral sindrom: Boğaz ağrısı, burun tutulması və axması, öskürək, badamcıqlarda sianoz və ödem
kimi simptomları özündə birləşdirir.

Hemorragik sindrom:

Adətən 5-10% hallarda müşaiyət olunur. Yumşaq damaqda papulyoz enantema və kiçik qansızma ocaqları, burundan qanaxmalar ola bilər. Bu sindromun ağırlaşmış forması ağ ciyərlərdə müşahidə olunan hemorragik ödemdir.

İnformasiya və dərman preparatlarının çoxluğu bəzən insanları səhv olan “özünümüalicə” üsullarına sövq edir. Bunun nəticəsi olaraq ağırlaşmalar baş verir. Məsələn, xroniki faringit, xroniki sinusit, xroniki laringit, xroniki otit, pnevmoniya, limfadenit və s. . Pnevmoniya daha çox yaşlı adamlarda, immuniteti zəif insanlarda və mükəmməl immunitet sisteminə malik olmayan uşaqlarda müşahidə olunur. KRX-in qarşısının alınması və ya xəstəliyin yüngül keçməsi immun sistemdən asılıdır. İmmuniteti zəiflədən səbəblərdən biri də antibiotiklərdən sui istifadədir.


Təəssüf ki, günümüzdə antibiotiklərin tətbiqi bakterial infeksiyalarla məhdudlaşmır, virus infeksiyalarında da geniş istifadə edilir. Antibiotiklər isə viruslara təsir etmir, əksinə immun sistemi zəiflədir və yanaşı təsirləri olduqca ciddi patoloji reaksiyalara səbəb ola bilir.


KRVİ zamanı antibiotiklərin təyinatına zərurət yoxdur, antibiotiklərin təyin edildiyi bütün hallarda isə göstərişin və seçim preparatlarının dəqiq əsaslandırılması vacibdir. İmmun sistemin güclü olması əsas şərtdir. Bunun üçün düzgün və faydalı qidalanma, kifayət qədər yuxu və istirahət, fiziki aktivlik, vitamin qəbulu lazımdır.


Bundan başqa KRX –dən qorunmaq üçün biotənzimləyici preparatlar olan Engystol və Gripp-Heel preparatından istifadə edə bilərsiniz. Bu preparatlar sizi və ailə üzvlərinizi virus infeksiyalarına yoluxmadan qoruyacaq. Əgər yoluxmusuzsa xəstəlik yüngül keçəcək və ağırlaşmalar olmayacaq.


Əsas məqamlardan biri də odur ki, növbəti, təkrar xəstəliyə yoluxmalardan sizi qoruyacaq! Gripp –Heel və Engystol preparatlarının heç bir əlavə təsiri və əks göstərişi yoxdur. Hər yaşda uşaqlar, yaşlılar, hamilə və süd verən qadınlar istifadə edə bilərlər.