Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qışdan sonra orqanizmi necə gücləndirək?

  • 2024.02.13 17:56
  • 1074 Baxış
Qışdan sonra orqanizmi necə gücləndirək?

Qışdan sonra zəifləmiş bədəni möhkəmlətmək mütləq vacibdir.


“Medicina” xəbər verir ki, qastroenteroloq Yekaterina Maçkeviç 5 məsləhət verib:


“İlk növbədə, həyatınızda stresi minimuma endirməlisiz. Daimi gərginliq orqanizmdəki vitamin və mineralları “yeyir”. İkinci növbədə, yuxu rejimini bərpa etmək lazımdır.

Melatonin onkoloji və nevroloji xəstəliklərin qarşısını alan vacib hormondur, o da axşam 10-dan sonra və yuxuda hasil olur.


Gecə saat 11-dən sonra yatmaq bu hormona mane olur və bədəni tükədir.

Eləcə də şirin un məmulatları, əsas yeməklər arası qidaları yığışdırın.

Balanslaşdırılmış qida lif, yağ, zülal və karbohidratları qaydasında özündə birləşdirir.

Gündə 1 saat gəzmək, yüngül idman, təmiz su içmək də immunitet üçün vacibdir”.

Aygün Musayeva