Orqanizmdə su balansını hər fəsildə saxlamaq lazımdır. Adətən su içmək yayda yadımıza düşür, amma həkimlər qışda da su içməyi tövsiyə edir.
“Medicina” xəbər verir ki, baş həkim Nadejda Podkorıtovanın sözlərinə görə, soyuq aylaqda sutkalıq norma elə yayda olduğu kimidir.
“Əslində hər kiloqrama 30 ml su formulu düzgündür, amma böyrəklərin vəziyyəti, insanın yaşı və həyat tərzindən asılı olaraq, sutkada orta hesabla 1 litr təmiz su içilməlidir.
Payız və qışda susuzluq siqnalı çox gec beyin tərəfindən göndərilir, amma susuzlaşma və qanın qatılaşması riski yaydakı qədərdir.
Xüsusən mərkəzi isitmə sistemi, isti kondinsioner, quru, isti hava dərini və tənəffüs yollarını qurudur, daha çox su itirilməsinə səbəb olur, qışda qalın geyindiyimizdən daha çox tərləyirik.
Qışda az su içmək xarici görünüşü pisləşdirir, tez-tez infeksiya və soyuqdəyməyə səbəb olur, xüsusən yaşlı, xəstə insanlarda qan qatılaşır.
Şəkər xəstələri əziyyət çəkir.
Qışda sutkada 1,5 litr su içməyin faydaları:
- Qrip və soyuqdəymənin profilaktikasıdır
- Dərinin, gözlərin qurumasının qarşısını alır
- Qışda kökəlməyin qarşısını alır
- Qanı durulaşdırır
Orqanizmdə su defisitinin əlamətləri:
- Güclü yorğunluq
- Yuxululuq
- Sidiyin azalması
- Göz, ağız, burun, dərinin quruması
- Çox yemək
Aygün Musayeva