Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qışda susuz qaldığımızı bildirən 3 əlamət

  • 2019.01.07 09:07
  • 9602 Baxış
Qışda susuz qaldığımızı bildirən 3 əlamət

Yay fəslindən fərqli olaraq insanlar qışda su içməkdə çətinlik çəkirlər. Çünki isti havalarda kifayət qədər tərlədiyimizə görə, orqanizmin suya olan tələbabatı da artır. Qışda isə bədənin istiliyini çay və qəhvə kimi içkilərlə tənzimləmək mümkün olur. Bütün bunlara baxmayaraq orqanizmin suya olan tələbatı dəyişmir. 


Medicina.az sizə qış fəslində orqanizmin susuz qaldığını göstərən 3 əlaməti təqdim edir: 


Əllərinizin və ayaqlarınızın üşüməsi


Bu fəsildə orqanizm daxili maye mühitini tarazlamaq əvəzinə qan dövranını pozmağa cəhd edir. Bu səbəbdən əllər və ayaqlar üşüməyə başlayır. Nəticədə orqanizm suya ehtiyac duysa belə bunu hiss etməyə bilərik.


Həddən çox sidiyə gedirsinizsə 


Bir çox insan sidiyə tez - tez çıxmağın səbəbini havanın soyuq olmasında görür. Bu yalnış fikirdir. Tez-tez sidiyə getməyiniz orqanzimin susuz qalmasına bir işarədir. Böyrəklər sürətlə işlədiyi üçün orqanizmdən çox miqdarda maye çıxarır ki, nəticədə də orqanizmin suya olan tələbatı artır.

 

Soyuq havalarda nəfəsinizdən buxar çıxırsa 


Soyuq havalarda öz nəfəsinizi görməyiniz, vücudunuzdan buxar şəklində su ayrıldığını bildirir. Hava nə qədər soyuq olsa və siz nə qədər çox hərəkət etsəniz, o zaman orqanizminiz daha çox maye itirəcək. Buna görə də qış aylarında, yaya nisbətən daha çox su içməyiniz lazımdır. Əgər məşq edirsinizsə, onda hər zaman olduğundan 10 stəkan daha artıq su içməlisiniz.


Tərkibində bol miqdarda su olan meyvə və tərəvəzlərdən çox istifadə edin. Bunlara armud, alma, üzüm, portağal, naringi, xiyar, boranı və kərəviz aid edilə bilər.

 

Bu meyvələrin tərkibində həmçinin də çoxlu vitamin və minerallar olur. 


Qışda şorba və ət bulyonu kimi qidalar da su ehtiyacını ödəyə bilər.


Dərinizə nəmləndirici krem çəkin. Bu orqanizmdən su buxarlanmasının qarşısını nisbətən alacaq. 


Arzu

Medicina.az