Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qışda sağlamlığa faydalı 2 manatlıq yağ – 5 tövsiyə

  • 2023.12.01 14:51
  • 2165 Baxış
Qışda sağlamlığa faydalı 2 manatlıq yağ  – 5 tövsiyə

Sovet dövrünün məşhur qəpik quruşluq yağı Gənəgərçək rus xalqlarının qışda dadına çatan vasitə olub.

“Medicina” hər qış istifadə edə biləcəyiniz gənəgərçək yağının 5 faydasını təqdim edir.


- Dərini bərpa edir, qoruyur

Qışda isti su və soyuqda dəri qabıqlanır, qızarır, iltihablanır. Gənəgərçək onun təbii baryerini, elastikliyini bərpa edir.

Eləcə də dezinfeksiyaedici təsir edir, səpki, göbələk infeksiyalarını müalicə edir.

- Təbii işlədicidir. Gənəgərçək yağı həm uşaqlar, həm böyüklərdə qəbizliyə qarşı təsirlidir. Eləcə də ishal, ürəkbulanma, qarında ağrılarda həm içilir, həm xaricə istifadə olunur.

- Saç, qaş tökülməsinə qarşı – tük follikullarını aktivləşdirir.

- Ayaq, oynaq ağrılarında - bütün limfa sisteminə təsir edərək, toksin və zərərli qalıqları çıxarır. Bu yağ artrit və artrozlarda təsir edir.

- Hemorroy, hematoma, dəri yaralarını sağaldır.

Aygün Musayeva