Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qışda psixikanı qorumaq üçün bunu için

  • 2023.11.03 20:48
  • 2166 Baxış
Qışda psixikanı qorumaq üçün bunu için


Soyuq aylarda gün işığı və istilik az olduğu üçün insanlarda depressiya, apatiya, kədər artır.

“Medicina” xəbər verir ki, endokrinoloq Yelena Koçneva psixikanı qorumağın yolunu açıqlayıb.

“Gün işığını az görmək və buna bağlı olaraq, D vitamini defisiti bir çox insanlarda melatonin hormonunun səviyyəsini artırır.

Nəticədə onlar əzgin, yuxulu, az hərəkətli və depressiv olurlar.
Yorğunluq, iştahsızlıq, diqqət yayqınlığı olur.

Ona görə də qışda D vitamin əlavəsi qəbul edilməlidir.

Eləcə də rasionda maqniy, B qrup vitaminləri və faydalı yağlar çox olmalıdır.

Çünki mikroelement, vitamin, amin turşuları çatışmazlığında hormonal və maddələr mübadiləsi pozulması yaranır.

İnsanın fiziki və psixi vəziyyəti pisləşir.

Əlavə tədbirlər kimi fiziki hərəkət, idman, gəzinti, masaj, kontrastlı duş məsləhətdir!”.

Aygün M