Dekabrdan orqanizm daha həssas olur və zəifləyir. Bir-iki dəfə xəstəlik, virus keçirən insanın immuniteti daha da yüklənir.
“Medicina” xəbər verir ki, həkim İqor Strokov immunstimulyatorları açıqlayıb.
Ev şəraitində kalsiferol tərkibli balıq, xüsusən, okean, dəniz məhsulları, süd məhsulları, yumurta, bitki yağları qəbul etmək lazımdır.
“Əhali arasında kəskin D vitamini əskikliyi var.
Eləcə də immunitetə vitamin C lazımdır.
Gündəlik rasion canlı mikroorqanizmlərlə zəngin kefir, qatıq, yoqurtla bol olmalıdır.
Qədimdə immun gücləndirici bəzi qida, giləmeyvə və bitkilər var.
Bunlar sünbül, buğda cücərtisi – sink, antioksidant və B qrup vitaminlə zəngindir.
İspanaq – onda olan folat orqanizmə yeni hüceyrələr yaratmağa və DNT-ni bərpa etməyə kömək edir. İspanağı çiy halda yeyin.
Brokkoli – hüceyrələri hətta xərçəngdən qoruyur. Qarnir kimi hər gün yeyin.
Nar – orqanizmi və qanı yeniləyir, ən güclü meyvədir.
Zəncəfil – özü, çayı antioksidant təsir edir, orqanizmi qoruyur”.
Aygün