Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Qadın, kişi və uşaq üçün ayrı məsləhətlərQışda hansı vitaminləri içmək lazımdır?

  • 2018.12.25 01:10
  • 9055 Baxış
 - Qadın, kişi və uşaq üçün ayrı məsləhətlər Qışda hansı vitaminləri içmək lazımdır?
Qış fəsli gəldikdə insan orqanizmində vitaminsizləşmə yaranır ki, bu da immunitetin zəifləməsinə, insanın bir sıra xəstəliklərə yoluxmasına səbəb olur. 


Medicina.az bu gün sizə bu problemdən azad olmaq üçün qış fəslində orqanzimin hansı vitaminlərə daha çox ehtiyacı olduğunu açıqlayır: 


Soyuqların düşməsi ilə əlaqədar olaraq, qida rasionu daha da kasıblaşır. Meyvə və tərəvəzlər isə termik işləmədən sonra tərkibindəki xeyirli maddələrin bir hissəsini itirir. Orqanizm faydalı maddələrin çatışmadığını hiss edir, nəticədə immunitet zəifləyir, dərinin, saçların, dırnaqların vəziyyəti pisləşir. Həmçinin də insanda yuxululuq, əzginlik, yorğunluq, iştahanın azalması müşahidə edilir. Amma bu vəziyyəti qida rasionunu balanslaşdırmaqla dəyişmək mümkündür. Bunun üçün qidada çatmayan vitamin və mineralları rasiona daxil etmək kifayətdir. 


İmmunitetin bərpası və möhkəmlənməsi üçün uşaqlara eləcə də böyüklərə kifayət miqdarda A, E, C, D, K, PP və B qrupu vitaminləri, minerallardan isə yod, dəmir, sink, kalium, kalsium, maqnezium tələb olunur. Bunun üçün tərkibində bütün bu sadalanan vitaminlər və minerallar olan universal preparatlar ən yaxşı vasitə hesab olunur. Qadınlara 30, 40 və 50 yaşlarından sonra tamamilə başqa tərkibli vitamin və minerallar tələb olunur. 


Dəri, saçlar və dırnaq orqanizmin "indikatoru” hesab edilə bilər. Belə ki, onların vəziyyətinə baxaraq orqanizmdə hansı vitaminləri çatışmadığını təyin etmək mümkündür. Əgər onlarda bir problem yaranıbsa, o zaman bədəndə C, E, A, D və B vitaminləri çatışmır. Dəmir mikroelementi kişilərdən çox qadın orqanizmi üçün lazımdır. Kişilərdə bu maddənin azlığı  ürək və damar problemlərinə yol aça bilər. 


Uşaq orqanizmi isə aktiv şəkildə böyüdüyü üçün maksimum miqdarda vitamin və mineral tələb edir. Uşaq üçün vitamin seçərkən bu maddələrin miqdarına diqqət etmək lazımdır. Çünki vitamin və mineralların çatışmazlığı kimi onların çoxluğu da sağlamlığa zərər vura bilər.