Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qışda çox içilən bu içkilər xərçəng yarada bilər

  • 2022.11.01 20:00
  • 2020 Baxış
Qışda çox içilən bu içkilər xərçəng yarada bilər

Soyuq aylarda qızınmaq üçün isti, qaynar içkilərə üz tuturuq.

"Medicina" xəbər verir ki, qastroenteroloq Sergey Vyalov hansı içkilərin xərçəngə səbəb ola biləcəyini açıqlayıb.

O bildirib ki, həddən artıq qaynar maye qəbul etmək hüceyrələrin ölümünə səbəb olur.

İsti içkidən ağzın yanması təkcə xoşagəlməz hal deyil, bu həm də ağızın, boğazın selikli qişasının hüceyrələrinin ölməsi deməkdir.
Bu proses davamlı olarsa, nəticədə xərçəngə gətirib çıxara bilmir.

Əlbəttə ki, selikli qişa bərpa olur, amma hər gün eyni yer qaynar mayedən yanarsa, hüceyrələrin bölünməsi prosesi pozulur, bu da səhvən bədxassəlilərin çoxalmasına səbəb olur.

Bundan əlavə, qaynar içkilər mədə qastriti və xorasına səbəb olur.
Mütləq çayın, qəhvə və kakaonun bir müddət soyumasını gözləmək lazımdır.

Sonra çeçələ barmaqla yoxlayın, yandırıcıdırsa, içməyin.

Aygün Musayeva