Qışda orqanizmi daxildən isitmək üçün zülal və doymuş yağlara ehtiyac var.
Bakupost.az xəbər verir ki, dietoloq Natalya Lazurenko bu barədə danışıb.
“Qışda piy, quyruq, sala yemək faydalıdır. Çünki doymuş yağlar bədənə istilik, enerji təminatı verir. Bu yağlar beldə, qarında dəri altı toplanmır, ona görə bədən forması pozulmur.
Salo araxid turşusu daşıyır, bu turşu sinir sistemini qoruyur, Alsgeymerdən qoruyur.
Digər qızışdırıcı qidalar zülaldır- ət, yumurta, balıq, eləcə də süd məhsulları.
Bunlar əzələ kütləsini bərkidir, bu da soyuqdan qorumaq üçün vacibdir.
Qış süfrəsində duzlu kələm, xiyar, bibər də az miqdarda olmalıdır. Çünki duza qoyulmuş təbii şorabalar vitamin, zülal və faydalı bakteriyalarla orqanizmi gücləndirir, immuniteti möhkəmləndirir.
Sadalanan qidaları 5 yaşından sonra uşaqlara da qışda vermək olar”.
Aygün Musayeva
BakuPost