Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qışa qarğıdalı konservi bağla – RESEPT

  • 2019.08.02 20:12
  • 22557 Baxış
Qışa qarğıdalı konservi bağla –  RESEPT
Qışda qarğıdalı konservi bir çox yeməklər və salatlarda lazım olur. Bir kiçik banka qarğıdalı da ucuz olmur. İndi təzə qarğıdalı bol olan vaxtda siz özünüz konservini hazırlaya bilərsiz.


Medicina.az asan qarğıdalı bağlama reseptini təqdim edir. 


1 litr su

30 qr duz

Şəkər tozu 2 x.q

yayım çay qaşığı limon turşusu


20 ədəd qarğıdalı təmizlənib, 2 bölünüb, bir qədər duzlanmış suda yarı hazır olana kimi bişirilir. Dənələr çox həll olmamalıdır.

Hazır qarğıdalını soyuq su olan qaba yığıb soyudun və sonra dənələri ayırın. Bankaya qaralmış, çürük dənə düşməməlidir.


İndi marinad hazırlanır. 1 litr suya duz, şəkər və limon turşusu əlavə edib qarışdırın, qabda odun üzərinə qoyub 1-2 burum qaynadın.


Sterilizə olunmuş bankalara qarğıdalı dənələrini yığıb, üzərinə hazır marinade üstünə çıxana kimi tökün. Qazanda suda 20 dəqiqə qaynara qoyub, ağzını bağlayın. 


Hazır bankaları çevirib soyumağa qoyun. 

Tam soyuduqdan sonra günəş işığı düşməyən sərin yerə yığın