Türkiyəli həkim Sıla Akhan koronavirusla mübarizədə vaksinasiyanın sürətinin çox önəmli olduğunu vurğulayıb. O qeyd edib ki, qışa hazırlaşmaq üçün mütləq vaksin vurdurmalıyıq.
Medicina.az xəbər verir ki, həkimin sözlərinə görə, ümumi immunitet üçün sürətli vaksinasiyaya ehtiyac var:
“Vaksinasiyada sürət çox önəmlidir. Bunu bacardığımızı düşünürəm. Qapanmalarla əldə etdiyimiz uğuru davam etdirmək və qış ayına hazırlaşmaq üçün mütləq vaksinasiya olunmalıyıq. Əhalinin ən azı 60 faizi vaksin vurdurmalıdır. Düşünürəm ki, hazırda vaksinlə bağlı qərarsızlıq aradan qaldırılıb. Bir doza vaksin vurdurmaq belə vəziyyəti dəyişə bilər. Qışda necə olacaq? Yeni variant olacaqmı? Bunu araşdırmaq lazımdır. Bundan sonra ona uyğun bir yol seçəcəyik”.