Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

QİÇS xəstəliyinin ilkin əlamətləri - Pulsuz müayinə və müaicə üçün nə etməli?

  • 2019.10.15 15:26
  • 7784 Baxış
QİÇS xəstəliyinin ilkin əlamətləri -  Pulsuz müayinə və müaicə üçün nə etməli?
 

 

Cəmiyyətdə HİV-li xəstələrin tez bir zamanda dünyasını dəyişəcəyi barədə xof, şayiələr var. Ümumiyyətlə, HİV-li xəstələr nə qədər yaşaya bilir

 

Medicina.az yenimüsavat-a istinadən xəbər verir ki,  mərkəzin Epidemioloji Nəzarət və Profilaktika şöbəsinin müdiri Afət Nəzərli QİÇS xəstəliyinin ilkin əlamətləri və müalicəsindən danışıb.


"İlkin əlamətlər desək, hər kəs özündə axtarmağa başlayacaq. Amma əsas əlamətlər bunlardır - uzun müddətli qızdırma - baxmayaraq ki, dərman qəbul edir, amma qızdırma düşmür, uzunmüddətli ishal. Limfa vəzilərinin, o cümlədən qulaq dibi, qoltuq dibi və qasıq dibi vəzilərinin şişməsi. Bədənin 25 faiz çəkisini itirilməsi. Əgər insan qısa müddət ərzində çox arıqlayıbsa, mütləq həkimə müraciət etməlidir. Ümumiyyətlə isə hər bir insan mütləq ildə bir və ya iki dəfə müayinədən, qan testindən keçməlidir. Amma deyim ki, əhali arasında dəyişiklik var. Əvvəllər yalvarırdıq ki, gəlib müayinədən keçin. Amma indi şəxslərin özləri sərbəst surətdə gəlib, müayinədən keçirirlər".


HİV virusuna yoluxmuş qadınlar ana ola bilir. Hətta HİV virusuna yoluxmuş analar var ki, onlar sağlam əkiz, hətta üçəm dünyaya gətirib. Amma hələ də ana bətnindən uşağa virus yoluxma halları var.

 

"Məsələn, 2018-ci ildə 14 uşaq viruslu dünyaya gəlmişdi. Bu o zaman baş verir ki, ana hamiləlik dövründə müayinədən keçməyib, qadın məsləhətxanasına müraciət etməyib və evdə doğuş edib. Amma qeyd etdiyim ki, müalicəmiz sayəsində analar tam sağlam uşaq dünyaya gətirə bilir. Mərkəzimizdə müayinə və müalicə tamamilə pulsuz aparılır".