Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

QİÇS-in bu regionda çox yayılması böyük narahatlıq doğurur

  • 2017.12.01 16:08
  • 14676 Baxış
QİÇS-in bu regionda çox yayılması böyük narahatlıq doğurur
Avropa İttifaqı və Avropa İqtisadi Zonası ölkələrində 29 000 nəfərin İnsan immunçatışmazlığı virusuna (İİV) yoluxması daxil olmaqla, Avropa regionunda 160 000 yeni yoluxma faktı qeydə alınıb.


Medicina.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyindən Milli.Az-ya verilən məlumata görə, bu tendensiya 2016-cı ildə davam edib.

 

Mövcud vəziyyətlə bağlı ən narahatedici məqam İİV-ə yoluxanların yarısında (51%) xəstəliyə vaxtında diaqnoz qoyulmamalıdır.

 

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisi üzrə direktoru Suzanna Yakab xəstələrin, xüsusilə də yüksək yoluxma riski daşıyan şəxslərin vaxtında müayinə olunmamasının müalicənin gecikməsinə və İİV-in sürətlə yayılmasına səbəb olduğunu açıqlayıb.

 

S.Yakab bildirib ki, İİV epidemiyası Avropa regionunda, əsasən də regionun şərq hissəsində çox sürətlə yayılmaqda davam edir: "160 000 yeni yoluxma faktının təxminən 80%-i məhz regionun şərq hissəsində qeydə alınıb. Bu, bir il ərzində müşahidə olunan yeni yoluxma faktları arasında ən yüksək göstəricidir. Vəziyyət bu cür davam etsə, biz 2030-cu ilə qədər İİV epidemiyasının tamamilə aradan qaldırılmasını nəzərdə tutan davamlı inkişaf məqsədinə nail ola bilməyəcəyik", - deyə təşkilat nümayəndəsi əlavə edib.

 

BMT-nin Azərbaycan nümayəndəliyindən onu da bildiriblər ki, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda fəaliyyət göstərən ofisi Səhiyyə Nazirliyinə və Respublika QİÇS-lə Mübarizə Mərkəzinə Ümumdünya QİÇS-lə Mübarizə Günü 2017 və "Avropa İİV-ə testləşmə həftəsinə" həsr olunmuş tədbirlərin keçirilməsində, eləcə də bu sahədə əhalinin maarifləndirilməsi ilə bağlı materialların hazırlanmasında öz dəstəyini göstərir.