Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qış aylarında ən çox rast gəlinən xəstəlik: Boğaz ağrısına nə etməli?

  • 2025.01.30 12:43
  • 1041 Baxış
Qış aylarında ən çox rast gəlinən xəstəlik:  Boğaz ağrısına nə etməli?

Qış aylarında ən çox yaşadığımız problemlərdən biri də boğaz ağrısıdır.

Boğaz ağrısını aradan qaldırmaq üçün aşağıdakı üsulları sınaya bilərsiniz.

Ancaq simptomlarınız uzun müddət davam edərsə və ya ağır olarsa, həkimə müraciət etmək vacibdir

Medicina.az təqdim edir:

1. Duzlu ilıq su ilə qarqara edin

Bir stəkan ilıq suya yarım çay qaşığı duz əlavə edərək qarqara edə bilərsiniz. Bu üsul boğazda infeksiyanı aradan qaldırır və qıcıqlanmanı azaldır.

2. Bal və limon

Bir stəkan ilıq suya bir çay qaşığı bal və bir neçə damcı limon suyu əlavə edərək içə bilərsiniz. Bal boğazı yumşaldır, limon isə antiseptik təsir göstərir.

3. Bitki çayları

Adaçayı, zəncəfil, cökə və ya çobanyastığı çayı kimi bitki çayları boğazı sakitləşdirə və immuniteti gücləndirə bilər. Bir az bal əlavə edərək təsirini artıra bilərsiniz.



4. Buxar inhalyasiyası

Bir qaba qaynar su qoyub başınızı dəsmal ilə örtə və buxarını nəfəs ala bilərsiniz. Bu, boğazınızı nəmləndirir, qıcıqlanmanı azaldır.

5. Bol maye qəbul edin

Su, şorba və bitki çayı kimi mayelərin qəbulu boğazınızı nəm saxlayır və sağalmanı sürətləndirir. Xüsusilə isti şorbalar boğazı sakitləşdirə bilər.

6. Boğaz spreyləri

Apteklərdə satılan boğaz spreyləri qısa müddətli rahatlama təmin edə bilər.

7. İstirahət

Səsinizdən çox istifadə etməmək və istirahət etmək sağalma prosesinə kömək edəcək.

8. Otaq nəmləndiricisindən istifadə

Quru hava boğaz ağrısını artırar. Otağınızı nəmləndirmək üçün nəmləndirici cihazdan istifadə edə bilərsiniz.



HƏKİMƏ NƏ ZAMAN GETMƏLİ?

- Boğaz ağrısı 7 gündən çox davam edərsə,

- Yüksək hərarətiniz varsa, nəfəs almaqda və ya udmaqda çətinlik çəkirsinizsə,

- Limfa düyünlərində şişkinlik və ya şiddətli ağrı varsa, həkimə müraciət edin.

Aygün
Medicina.az