Payız-qış aylarında depressiya, immunititet zəfliyi, tipik xandra, soyuq aylara məxsus narahatlıqlar normal sağlam insanın üzləşdiyi vəziyyətdir.
Əgər orqanizmi payız-qış aylarına hazırlasaz, o zaman bu simptomların hamısı sizdən yan qaçacaq.
Medicina.az Avropa həkimlərinin payız-qış aylarını daha sağlam başa vurmaq və özündə güc, enerji hiss etmək üçün TOP 5 məsləhətini təqdim edir:
1. Qış superfoodları ye
Yəqin ki, orqanizmi vacib mikroelement və vitaminlərlə zənginləşdirən xüsusi ərzaqlar, qidalar, ekzotik meyvə-tərəvəz barədə eşitmisiz. Kimi ruslar kimi qarabaşağı superqida hesab edir, kimi isə qreypfrut və ya godjini. Amma qış aylarının ən lazımlı ərzağı – sadə və ucuz balqabaq imiş.
Onda olan karotinoidlər orqanizmdə A vitamininə çevrilir. Soyuq aylarda rəngi daha şux, əlvan ərzaqlar seçilməlidir. Karotinoidlər sərbəst radikalları zərərsizləşdirib, immun hüeyrələrini dağıtmasına imkan vermir. Ona görə balqabağı həm çiy, həm şirəsini, həm bişmişini həftədə 3 dəfə qəbul etməlisiz.
2.Yeməklərə və içkilərə daha çox ədviyyat qatın
Çay, qəhvə, adi suya belə mixək, darçın, karri qatıb için. Yeməklərə daha çox istiot, ədviyyat qatın. Bütün bu əlavələr iltihabəleyhinə təsir göstərir, mikrobları öldürür. Ədviyyatlar qanı, bədəni qızdırır.
Səhər qəhvəsini darçınla içmək qanda qlükozanı normada saxlayır. Bu isə axşama kimi normal enerji deməkdir.
3.Şirniyyat və yağlı qidalardan uzaqlaşın
Qışda bədən şirniyyat və yağlı yemək istəyir. Bu da onların isidici təsir etməsi ilə bağlıdır. Şokolad, şirniyyat həm də insanı xoşhal edir. Ona görə yaya kimi çox insanlar gizli-gizli piy yığır. Həkimlər belə aldadıcı effekti olan qidaları yox, daha faydalı ərzaqlar, məsələn, yağsız pendirlə qara çörək buterbrodu, kişmiş, qoz, fındıq yeməyi məsləhət görür. Əsas yeməklər arası bunlardan atışdırın.
4.Daha çox işıq " udun”.
Gün işığının az olması psixi pozuntulara səbəb olur. Hər il payız-qış mövsümündə intiharların sayı artır. Əhvalı daim yaxşı saxlamaq üçün sutkanın işıqlı saatlarında daha çox açıq havada olun, pəncərə kənarında yer edin, hər gün səhər 11-12 arası açıq havada gəzin. Evdə və ya ofisdə gündüz lampası olan xüsusi lampanın qarşısında 1 saat əyləşə bilərsiz. Bu da işıq ehtiyatını ödəyə bilər.
Gün işığı çatışmazlığından yaranan vitamin D əskikliyini də analizlə təyin edib, əlavə vitamin qəbuluna başlayın.
Əgər əsəb, həyəcan, depressiya gündəlik yaşamınıza mane olacaq səviyyədədirsə, nevroloq məsləhəti ilə dərman qəbul edə bilərsiz.
5.Gigiyenaya xüsusi diqqət yetirin, qorunun
Qışda ətrafınız öskürən, asqıran, burnunun suyu axan insanlarla dolu olur. Ona görə hər 2 saatdan bir əllərinizi yuyun, axşam evə gələndə burnunuzu duzlu su ilə yuyun. Evdən çıxanda burnununa oksalin mazı da çəkə bilərsiz.