Qırmızı lobya zülal, lif mənbəyi olsa da, bir çox insanlara və bəzi xəstəliklərdə əks göstərişdir.
Bakupost.az xəbər verir ki, həkim diyetoloq Yelena Solomatina ilk baxışdan dietik və faydalı lobyanın orqanizmə necə təsir etdiyini açıqlayıb.
“Qırmızı lobya sidik turşusunun konsentrasiyasını artırır, bu isə böyrəklərdə daş əmələ gəlməsinə səbəb olur.
Ona görə podaqra, artrit və böyrəklərində daş olanlar bu lobyadan uzaq dursa yaxşıdır.
Eləcə də mədə-bağırsaq sisteminin problemlərində, qəbizlik, pankreatit, qastrit, mədə xorası, həzmsizlik varsa, lobya və paxlalılar rasiondan azaldılmalıdır.
Çünki bu qidalar hətta sağlam həzm sistemi üçün ağırdır.
Sağlam adamlar qırmızı lobyanı ehtiyatla, digər ərzaqlarla birgə elə qəbul etməlidir ki, güclü köp və qəbizlik olmasın.
Bəzi insanlar var ki, ümumiyyətlə qırmızı lobyanı həzm edə bilmir, bu lobyanın həzmi zamanı ayrılan maddələr orqanizmdə toplanıb, müəyyən fəsadlar yaradır”.
Aygün Musayeva