Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Qırmızı göz" epidemiyası sürətlə yayılır

  • 2024.04.16 20:14
  • 985 Baxış
"Qırmızı göz" epidemiyası sürətlə yayılır
Uqandada yoluxucu “qırmızı göz” xəstəliyinə yoluxanların sayı 7500-ü keçib.

Medicina.az xəbər verir ki, son 3 həftədə Uqandada yoluxucu “qırmızı göz” (konyunktivit) halları sürətlə artıb.

Ölkənin Səhiyyə Nazirliyinin açıqlamasında 20 gün ərzində yoluxma sayının 954-dən 7 min 596-ya yüksəldiyi bildirilib.

Ən çox yoluxma Kampala, Arua, Mbale və Kaqadi kimi bölgələrdəki həbsxanalarda, məktəblərdə və sağlamlıq mərkəzlərində qeydə alınır.

Səhiyyə mütəxəssisləri "qırmızı göz" xəstəliyinin fabriklər, bazarlar və meydanlar kimi mühitlərdə, yəni əhalinin sıx olduğu yerlərdə sürətlə yayıldığı barədə xəbərdarlıq ediblər.

Mütəxəssislər “qırmızı göz” xəstəliyindən əziyyət çəkən insanlara qara eynək taxmağı tövsiyə edərək, bu insanların çarpayılarını və istifadə etdikləri əşyaları ayırmalı olduqlarını vurğulayıblar.


Aysel